AZ

Tarantino son filmi ilə bağlı fikrini dəyişdi

Kinorejissor Quentin Tarantino ən son filmi olan “The Movie Critic” (“Kinotənqidçi”) filmini çəkmək fikrindən əl çəkdi və diqqətini tamamilə fərqli bir layihə üçün yeni hekayələr tapmağa qərar verdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Deadline portalı rejissorun anonim ətrafına istinadən xəbər verir.

Mənbələrin bildirdiyinə görə, Tarantino film üzərində işləmək barədə fikrini dəyişib və rejissorluq karyerasında son ssenarini hazırlamaq üçün fasilə vermək istəyir. Eyni zamanda rejissor bir neçə dəfə “Kinotənqidçi” ssenarisini yenidən düzəltməyə çalışıb.

Xatırladaq ki, Tarantinonun özü demişdi ki, həyatında son filmi 1977-ci ildə Kaliforniyada çəkilməli idi. Film o dövrün porno jurnallarından birinin köşə yazarının həyatını təsvir etməli idi.

Baş rola aktyor Bred Pitt təklif olunub.

Nazlı

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla