AZ

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans

Bakı, 18 aprel, AZƏRTAC

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ikinci komandanın adı məlum olub.

AZƏRTAC xəbər verir ki, İngiltərə təmsilçisi "Aston Villa" ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi "Lill"lə bu dəfə Fransada qarşılaşıb. Premyer Liqa klubu rəqibinə eyni hesabla uduzduğu üçün əlavə vaxt oynanılıb. 30 dəqiqədə də qapılara top vurulmadığına görə penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan qonaqlar yarımfinala vəsiqə qazanıblar - 4:3.

Qeyd edək ki, daha əvvəl İtaliya təmsilçisi "Fiorentina" bu turnirdə adını yarımfinala yazdırıb.

Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla