AZ

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

Rusiya qazının avropalı alıcıları siyahısında Fransa birinci yerdədir. 

Valyuta.az xəbər verir ki, 2024-cü ilin fevral ayı üçün məlumatları RİA Novosti təqdim edib.

Fransa 322,3 milyon avro dəyərində Rusiya qazı alıb. Daha əvvəl bu göstərici üzrə lider olan Macarıstan ikinci yerdədir (210 milyon avro). Ondan sonra İspaniya (118,3 milyon avro), Yunanıstan (110,4 milyon avro), Finlandiya (6,6 milyon avro) və İsveç (4,7 milyon avro) gəlir.

Satınalma həcmlərində ən böyük artım Yunanıstanda - 7,89 dəfə, həmçinin Skandinaviya ölkələri (iki dəfə) tərəfindən nümayiş etdirilib.

Aprelin 13-də “Qazprom” Ukrayna ərazisindən Avropaya qaz tranzitinin həcmini  açıqlayıb. Nasos Ukraynanın “Sudja” qazölçmə stansiyası vasitəsilə həyata keçirilir və gündə 42,4 milyon kubmetr təşkil edir. 

Nicat

Seçilən
158
39
Mənbələr
Şərh ()
Bağla