AZ

Rodri “Real”la oyun haqda: “Meydanda ancaq bir komanda vardı”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la cavab oyunundan sonra duyğularını paylaşıb.

Arena.az Rodrinin bu barədə fikirlərini təqdim edir:

“Düzünü desəm, meydanda yalnız bir komanda görürdüm. Müdafiə oyununa gəlincə, “Real” yaxşı müdafiə olundu. Onlar əzab-əziyyətlə qalib gəlməyi bacarırlar. Amma mən hesab edirəm ki, yaradılmış imlanlar və başqa hər şey baxımından biz daha da irəli getməli idik. Belə bir yarışın çətinliyi də budur. Rəqibimi yarımfinala yüksəlməsi münasibətilə təbrik edirəm”.

Xatırladaq ki, Madriddəki ilk oyunda 3:3 hesablı heç-heçə oynamış “Real” səfərdə 1:1 hesablı bərabərliyin ardından “şəhərlilər”i penaltilər silsiləsində 4:3 hesabı ilə məğlub edərək, yarışın yarımfinal mərhələsinə çıxıb. Çempionlar Liqasının sonuncu qalibi olan “Mançester Siti” üçün isə mübarizə başa çatıb.

Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə verib.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı ispan dayaq yarımmüdafiəçisi Rodrinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.

Seçilən
115
Mənbələr
Şərh ()
Bağla