AZ

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Çempionlar Liqasının 1/4 finalında PSJ-yə evdə məğlub olaraq (1:4) mübarizəni dayandıran “Barselona”nın düşərgəsində gərginlik hökm sürür.

Publika.az xəbər verir ki, bunu nəzərə alan baş məşqçi Xavi komandanın məşqini ləğv edib. Gərginliyə səbəb kimi İlkay Gündoğanın açıqlaması göstərilir. İlkay Gündoğan , görüşdə birbaşa qırmızı vərəqə alan müdafiəçi Ronald Arauxonu tənqid etmişdi.

Mənbənin sözlərinə görə, Xavi və onun məşqçilər korpusu komandadakı gərgin atmosferi aradan qaldırmaq üçün bugünkü məşqi ləğv etmək qərarına gəlib. Bu barədə AS məlumat yayıb.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla