AZ

Falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK


Tacikistanda hakimiyyət falçı, cadugər və sehrbazları, eləcə də şübhəli və ya saxta fəaliyyətlə məşğul olan digər şəxsləri məcburi əməyə məcbur etmək niyyətindədir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu yeniliyi həyata keçirmək üçün Tacikistanın cinayət və inzibati qanunvericiliyinə bir sıra düzəlişlər ediləcək.

Nazirlik rəsmiləri qeyd ediblər ki, artıq respublika ərazisində belə fəaliyyətlə məşğul olan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu gün Tacikistanda sehrbazlar, falçılar, eləcə də digər şəfaçılar və fırıldaqçılar "cadugərlik və falçılıqla məşğul olmaq" maddəsinə əsasən yalnız 330 dollara qədər cərimələ üzləşə bilərlər ki, bu da təkrar pozuntudan sonra ikiqat artır.


Seçilən
97
1
Mənbələr
Şərh ()
Bağla