AZ

Estoniyalı hücumçu “Sumqayıt”dan gedir

Mövsümün sonunda “Sumqayıt”dan gedəcək daha bir futbolçu müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu estoniyalı hücumçu Erik Sorqadır. 

Məşqçilər korpusunun razı qalmadığı futbolçu ilə müqavilə uzadılmayacaq. Erik Sorqa ötən ilin yayında Bolqarıstanın “Lokomotiv” Plovdiv klubundan “Sumqayıt”a keçib. Bu mövsüm 21 oyunda meydana çıxan hücumçu 2 qol vurub. 
Qeyd edək ki, bundan əvvəl “Sumqayıt” komandada icarə əsasında çıxış edən Oktavio Montekanın da komandadan ayrılacağını açıqlamışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla