AZ

Bu klubun ümidi Rövşən Nəcəfədir: "Yəqin ki, o, bu barədə düşünəcək"

"Klubun yaxşı infrastrukturu var.

Yəqin ki, AFFA-nın yeni rəhbəri Rövşən Nəcəf də bu barədə düşünəcək ".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

9 illik fasilədən sonra Azərbaycana qayıdan və martda "qırmızı-qaralar"ın sükanı arxasına keçən gürcüstanlı çalışdırıcı ümid edir ki, federasiya reqlament məsələsində güzəştə gedəcək və klubu Premyer Liqada saxlayacaq:

"Mövsüm bitəndən sonra yeni fikirlər yaranır. Nəzərə almaq olar ki, "Qəbələ" bölgəni təmsil edir.

Məncə, belə qərar futbol tərəfindən ziyanlı olmayacaq. İdman prinsiplərində hər hansı sual yarana bilər.

Bu da normaldır. Bir çox ölkələrdə belə nümunələr olub. Məsələn, Qazaxıstanda rastlaşmışam".

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla