Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə keçirilən oyunda hakimi təhqir edən “Səbail”in legioneri Adil Mehremiçin cəzası açıqlanıb.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı bosniyalı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.
Buna görə “Səbail”in 3000 manat cərimələnib.
Cəzanın sınaq müddəti 3 ay təyin edilib.