AZ

Venesuela XİN ABŞ-nin sanksiyalar siyasətini pisləyib

Venesuela ABŞ-nin ölkə iqtisadiyyatına ziyan vuran sanksiyaların ləğvi ilə bağlı razılaşmaları pozmasını qətiyyətlə pisləyir.

“Report” xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto “Venezolana de Television” telekanalının canlı efirində deyib.

Nazir bildirib ki, Venesuela ABŞ-nin müstəmləkəçilik siyasətini heç vaxt qəbul etməyəcək.

“Ötən ilin sentyabrın 28-də Qətərin vasitəçiliyi ilə Dohada əldə edilmiş razılaşmalar pozulub. Bu sazişlər Venesuelada 2024-cü ildə prezident seçkilərinin elan edilməsindən sonra birtərəfli, qeyri-qanuni, məhdudlaşdırıcı tədbirlərin tamamilə ləğvini nəzərdə tuturdu. Birləşmiş Ştatlar növbəti dəfə qəbul edilmiş qərarlara əməl etməyib”, - Pinto vurğulayıb.

Qeyd edək ki, bu gündən Venesuelaya qarşı neft, qaz və qızıl hasilatı sahələrində bir sıra sanksiyalar bərpa edilib. ABŞ administrasiyası Venesuela prezidenti Nikolas Maduronun müxalifətlə bağladığı razılaşmaya əsasən bəzi öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək sanksiyaları bərpa edib.

Seçilən
109
6
Mənbələr
Şərh ()
Bağla