AZ

“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI

Rusiyada “TikTok” sosial şəbəkəsinin bloklanması gündəmdədir. Eyni zamanda, Qırğızıstanda bu şəbəkəyə qadağa qoyulacağı ilə bağlı rəsmi məlumat verilib. Ölkəmizdə də “TikTok”un bağlanması tez-tez müzakirəyə çıxarılır, son günlərdə bir neçə “tiktoker”in saxlanılması bu müzakirələri daha da artırıb.
 
Bu barədə Metbuat.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, “TikTok”, “Facebook” və başqa sosial şəbəkələrə qadağa qoyulması çıxış yolu deyil:
 
“Burada mövzuya, prosesə hakim olmaq barədə düşünmək lazımdır. “TikTok” və başqa sosial şəbəkələrdə baş verən neqativ hallara daha ciddi nəzarət olunmalıdır. Yoxsa, yeni texnologiyanın bütün nailiyyətlərini qadağan edə-edə müəyyən problemlər də ortaya çıxa bilər. Bu baxımdan məsələləri daha çox qadağa üzərində yox, prosesə nəzarət etmək üzərində qurmaq daha faydalı olar. Təbii ki, başqa ölkələrdə belə təkliflər ola bilər. Amma bütövlükdə biz öz ölkəmizdə yeni texnologiyanın verdiyi imkanları daha çox səmərəli istifadə etməliyik”.
Seçilən
122
Mənbələr
Şərh ()
Bağla