AZ

Stresin dəriyə təsiri...

Gündəlik həyatın problemləri və işdəki stres sağlamlıqla yanaşı, dəridən də təsir ötüşmür. 

Stresi özündən kənarlaşdırmasanız, bu ciddi problemlərə yol açır.

Problemsiz dəridə bir-birə sızanaq çıxırsa, bunun 90 faizi streslə bağlıdır.

Stres nəticəsində təkcə sızanaq deyil, quruluq yaranır və qırışların əmələ gəlməsinə zəmin hazırlayır.

Kosmetoloq Aynurə Həsənova Hit.az-a açıqlamasında bildirib ki, orqanizmdə hormonal dəyişikliklərə səbəb olan və immunitet sisteminin funksiyalarına təsir edən stres, dəri baryerinin funksiyasını pozan ən əhəmiyyətli səbəblərdən biridir:

"Stres bədəndə iltihabı və dəridə yağ istehsalını artırır. Eyni zamanda, stres hormonal balanssızlığa səbəb ola bilər və hormonal sızanaqların meydana gəlməsini artırır".

Kosmetoloq tövsiyyə edir ki, dəridəki probelmlərlə mübarizəyə başlamazdan əvvəl, stresi uzaqlaşdırmaq lazımdır. Stresi yox etmək üçün antioksidantlarla zəngin yaşıl çaydan və masajdan istifadə etmək olar.

Sevinc

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla