AZ

Yüksək Liqa: “Abşeron”la “Murov” da finala yüksəldilər

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün bütün finalçıları bəlli olub.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən son yarimfinal çərçivəsində ilk olaraq kişilərdən ibarət “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər.

“Murov” ilk oyunda olduğu kimi bu görüşdə də 3:0 hesabı ilə qələbə qazanıb və adını finala yazdırıb.

Növbəti qarşılaşma isə qadınlardan ibarət “Murov” və “Abşeron” komandaları arasında baş tutub. Gərgin keçən bu oyunda “Murov” 3:1 hesabı ilə qələbə qazanıb. Cütün ilk qarşılaşmasında “Abşeron” 3:1 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib. Bu üzdən “qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Abşeron” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Murov” isə bürünc medal uğrunda oyuna çıxacaq.

Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda MOİK və “Neftçi” komandaları finalda “Azərreyl” və “Murov”, qadınların mübarizəsində isə bürünc medal uğrunda “Gəncə” və “Murov”, qızıl medal uğrunda “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Yüksək Liqa
Yarımfinal
(ikinci oyunlar)
18 aprel

Kişilər
Neftçi – Murov 0:3 (21:25, 25:20, 19:25)

Qadınlar
Murov – Abşeron 3:1 (21:25, 25:20, 25:19, 25:20, qızıl set – 11:15)

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla