AZ

Avropa İttifaqı İrana sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) İsrailə hücum etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna və Yaxın Şərq problemlərinin müzakirə olunduğu Brüsseldə Aİ başçıları və hökumətlərinin qeyri-rəsmi sammitinin yekun bəyanatında deyilir.

Avropa Şurası bəyanatında İranı “bütün hücumları dayandırmağa”, münaqişə tərəflərini isə “maksimum təmkin nümayiş etdirməyə” və vəziyyəti gərginləşdirə biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

Sammit iştirakçıları vurğulayıblar ki, Avropa İttifaqı “İranın İsrailə hücumunu qətiyyətlə pisləyir və İsrail xalqı ilə tam həmrəyliyini ifadə edir”. Bundan əlavə, onlar İrana qarşı “dronlar və raketlərlə bağlı”yeni sanksiyalar tətbiq etmək niyyətində olduqlarını bildiriblər.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla