AZ

Milli Məclisdə qida təhlükəsizliyinə həsr olunan ictimai dinləmə keçirilibVİDEO

Ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli hal aşkarlanmayıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Milli Məclisin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Qoşqar Təhməzli son zamanlar dönərxanalarda baş verən zəhərlənmələrlə əlaqədar yayılan məlumatlara da diqqət çəkib.  

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, trans yağlar bədxassəli şişlərin əmələ gəlməsində əsas rola malikdir.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov isə bildirib ki, vəhşi heyvanlar arasında quduzluğun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir. Bunun üçün pilot layihə kimi tərkibində dərman olan aldadıcı yemlər qoyulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
158
Mənbələr
Şərh ()
Bağla