AZ

“Səbail” “Qarabağ”dan sonra ən yaxşı heyətə malikdi” – boykot qərarı verən fanklubun rəhbəri

Bilindiyi kimi “Səbail”in “Dənizçilər” fanklubu komandanın oyunlarını boykot edib.

“Football-plus.az” xəbər verir ki, “Dənizçilər” sosial şəbəkə hesabında komandanın qeyri-sabit oyununa, mövsümün əvvəlində avrokubokları hədəf kimi seçən kollektivin hazırda bu hədəfdən xeyli uzaq düşdüyünə, yerli və legioner futbolçular keyfiyyətli oyun sərgiləmədiklərinə görə belə qərar verib. Belədə “Forza Neftçi” və “Qarabağ Ordu”nun ardından daha bir azarkeş qrupu tribunalardan uzaq qalacaq. Amma maraq doğuran bir məqam var. Belə ki, hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan “Səbail”i 4-cü yerdəki “Sumqayıt”dan cəmi 5 xal ayırır. Qarşıda 6 turun da keçiriləcəyini nəzərə alsaq, hələ də şanslarının olduğunu görürük. Belədə boykot qərarı erkən deyilmi? Bu sualı “Dənizçilər”in rəhbəri Atif Rüstəmliylə ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Elə biz də ona görə indidən boykot edərək futbolçulara bildirmək istəyirik ki, qarşıdakı oyunlarda işin ciddi olduğunu hiss eləsinlər. Birdən-birə 2-ci pillədən 7-yə düşmək olmaz. “İstefa” şüarına gəlincə, rəhbərliyi pis vəziyyətdə salmaq istəmirik. Azərbaycanda səviyyəli məşqçi qıtlığı var. İndiki zamanda kimi gətirə bilərlər ki?! Meydanda futbolçular axıra kimi döyüşməlidi. Bunu biz görmürük. Hamısı maaşını vaxtında alır. “Səbail” “Qarabağ”dan sonra ən yaxşı heyətə malikdi. Bu boykot, yəqin ki, məşqçilər korpusunu da silkələr”.


KAMAL SƏFƏR
Seçilən
113
Mənbələr
Şərh ()
Bağla