AZ

Keniyada helikopter qəzaya uğrada, Müdafiə Qüvvələrinin rəisi həlak oldu


Keniyanın qərbində helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, qəza nəticəsində ölkənin Müdafiə Qüvvələrinin rəisi general Frensis Oqolla və daha 9 hərbçi həlak olub, iki nəfər yaralanıb.
Keniya prezidenti Uilyam Ruto üç günlük milli matəm elan edib. Prezident bildirib ki, baş verənləri araşdırmaq üçün komissiya yaradılacaq.
Ölkənin “Nation” qəzetinin yazdığına görə, vertolyot havaya qalxdıqdan az sonra yerə çırpılıb və alovlanıb.
Seçilən
105
1
Mənbələr
Şərh ()
Bağla