AZ

Argentina NATO-ya üzv olmaq istəyir

Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir və müvafiq sorğu göndərib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Argentinanın müdafiə naziri Luis Petri X sosial şəbəkə səhifəsində məlumat verib.

 

O bildirib ki, Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Coana ilə görüşüb, xahişini ona çatdırıb.

 

“Mən Argentinanın alyansın qlobal tərəfdaşı olmaq istəyini ifadə edən niyyət məktubu təqdim etdim. Biz qüvvələrimizi NATO standartlarına uyğun modernləşdirməyə və təlim keçməyə imkan verəcək əlaqələri bərpa etmək üçün işləməyə davam edəcəyik”, - Petri bildirib.

 

 

Afət

 

Seçilən
145
1
Mənbələr
Şərh ()
Bağla