AZ

“Barsa”nın məşqi təxirə salınıb - SƏBƏB

“Barselona”nın bu günə təyin olunan məşqi baş tutmayıb.

İdman.biz xəbər verir ki, komandanın düşərgəsində mühit ürəkaçan olmadığı üçün belə addım atılıb.

“Barsa”nın baş məşqçisi Xavi futbolçulara istirahət vermək qərarına gəlib. O, Çempionlar Liqasında 1/4 finalında PSJ-yə məğlubiyyətdən sonra klubun düşərgəsində əhval-ruhiyyənin yaxşı olmadığını düşünür. Təsadüfi deyil ki, İlkay Gündoğan və Paris klubu oyunda qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoyan Arauxo mətbuat vasitəsilə söz savaşına çıxıblar.

Qeyd edək ki, səfərdə 3:2 hesabı ilə qalib gələn “Barselona” öz meydanında 1:4 hesabı ilə uduzaraq, yarımfinaldan kənarda qalıb.

İdman.biz

Seçilən
148
Mənbələr
Şərh ()
Bağla