Tacikistan fırıldaqçılıq yolu ilə pul qazanan insanlara qarşı cəzaları sərtləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkədə cadugərlik və qeyri-qanuni dini təlimlərlə məşğul olan şəxslərin məlumatlarının daxil ediləcəyi vahid reyestr yaradılıb.
Tacikistan Respublikasının qanunvericiliyinə cadugərlik, falçılıq və qeyri-qanuni dini tədris etməklə dolanışığını təmin edən fırıldaqçılara qarşı cinayət və inzibati məsuliyyəti gücləndirmək məqsədi ilə dəyişiklik edilib. İndi onlar altı aya qədər məcburi əməyə yönləndiriləcəklər.
Burhan,
KONKRET.az