AZ

Kanye həyat yoldaşına təcavüz edən şəxsi yumruqladı

Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uestdən Los-Anceles polisinə şikayət daxil olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs reperin onu döydüyünü iddia edib.

Kanyenin nümayəndəsi isə həmin şəxsin onun həyat yoldaşı Bianka Censoriyə təcavüz etdiyini bildirib:

"Həmin şəxs Bianka ilə toqquşduqdan sonra əllərini paltarının altına salıb və bədəninə toxunub".

Los-Anceles polisinin jurnalistlərə verdiyi məlumata görə, bundan sonra 46 yaşlı Kanye Uest xanımına təcavüz edən adamı yumruqlayıb. O, tibbi yardıma ehtiyac duymayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla