AZ

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Sevinc Osmanqızı kimi qəribə (çox yumşaq ifadə axtardım) ikinci adam çətin tapılar: illərdir bizə, ReAL-a qarşı mübarizə apardı, biz seçkiyə çağırdıqca, o boykotçuların ruporu oldu, sonra səhv etdiyini anlayıb boykotçuların üzərinə getdi, seçkilərin vacibliyindən danışdı, amma bircə dəfə də bizə qarşı qarayaxma kampaniyasına, sifarişlə üzərimizə gəldiyinə görə üzr istəmədi.

Axar.az xəbər verir ki, bu sözləri ekspert, ReAL İH üzvü Natiq Cəfərli qeyd edib.

“Sonra sentyabr 2023-cü ilə qədər həmin o boykotçularla səs-səsə verib, “Rusiya bizi işğal etdi, Qarabağı bizə rus verdi, Azərbaycan Rusiyanın forpostu oldu” kimi absurd iddialarla çıxış etməyə, “hanı Xənkəndi-Xocavənd-Xocalı” vay-şüvəninə qoşuldu, yenə azğı yandı, amma üzr istəmədi. Sonra isə həmin dəstə ilə birgə, “rus burdan heç vaxt çıxmayacaq” deyərək, dizinə döyməyə başladı. Dünən canlı yayım açıb üzr istəməkdən, səhv etdiyini etiraf etməkdənsə, müstəsnə həyasızlıqla Türkiyə-Rusiya monitorinq qrupunun da işini dayandırmasını neqativ bir hadisə kimi təqdim etməyə çalışdı. Guya Türkiyənin qeydinə qalırdı, öz aləmində Türkiyə ilə münasibətlərə kölgə salmağa çalışdı – adam bilmirmi ki, Türkiyə Ordusu çoxdan burdadır, guya eşitməyibmi ki, Türkiyə ilə birgə hərbi təlim-tədris mərkəzləri yaradılıb?! Bilir, yaxşı bilir, amma ən yaxşı bildiyi həyasızlığı edir.

Əliyev azı 4-5 dəfə açıq mətnlə bildirib ki, Azərbaycan Ordusu qardaş Türkiyə Ordusu standartları ilə qurulur, hətta faktiki ordularımızın və təhlükəsizlik sistemimizin inteqrasiyası baş verib – bunu görməmək artıq cığallıq deyil, sadəcə axmaqlıqdır”, - o qeyd edib.

Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla