Argentina qlobal tərəfdaş kimi NATO-ya üzv olmaq üçün müraciət edib.
Editor.az bildirir ki, bunu Argentinanın müdafiə naziri Luis Petri deyib. O, ərizə ilə birlikdə məktubu Alyansın baş katibinin müavini Mirça Joanaya verib: “Mən Argentinanın təşkilatın qlobal tərəfdaşı olmaq istəyini ifadə edən niyyət məktubunu təqdim etdim.
Biz qüvvələrimizi NATO standartlarına uyğun modernləşdirməyə və öyrətməyə imkan verəcək əlaqələri bərpa etmək üçün işi davam etdiririk”, – Luis Petri X sosial şəbəkəsində (keçmiş Twitter) Geoana ilə görüşündən sonra yazıb.
NATO-ya 32 dövlət daxildir. Alyans 40-dan çox ölkə ilə tərəfdaşlıq edir.
//Samir Qurbanov, Editor.az