AZ

İran İsrailin nüvə obyektlərini vurmaqla hədələdi

İran İsrailin bütün nüvə obyektlərinin yeri barədə məlumatlara malikdir və onları vurmağa hazırdır.

Əgər İsrail İranın nüvə obyektlərinə hücum etmək qərarına gəlsə, bunun ardınca İrandan da oxşar hücum gələcək.

Editor.az bildiririk, bu barədə İranın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandiri, briqada generalı mühafizəçi Əhməd Haq Tala məlumat verib: “Beynəlxalq protokol və standartlara, eləcə də MAQATE qaydalarına uyğun olaraq, bütün ölkələrə nüvə obyektlərinə hücum etmək qadağandır.

Eyni zamanda, İran İslam Respublikası əvvəldən bu təhdidlərə qarşı durmağa həmişə hazır olub”. Generalın sözlərinə görə, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin istənilən hücumuna hazırdır. Əhməd Haq Tala əlavə edib ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum təhlükəsindən Tehrana təsir rıçaqı kimi istifadə etməyə çalışarsa, İran öz nüvə siyasətinə yenidən baxa bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla