AZ

Berkcandan Azərbaycan dilində paylaşım

Türkiyəli reper Berkcan Güven (Bege) “X” hesabında Azərbaycan dilində paylaşım edib.

OLAY yazır ki, ifaçı səhifəsində bunları yazıb:

“Mən sadəcə insanlara kömək etmək istədim, onlar məndən istifadə etdilər”.

Sözügedən paylaşımın onun bu günlərdə məhkəməlik olduğu azərbaycanlı reper Alizadeyə (Asya Əlizadə) atmaca olduğu iddia edilib.

Qeyd edək ki, Bege ötən günlərdə “Ebo Show” yutub verilişində “Alizade sənə necə kələk gəldi” sualına “Mahnılar hazırda məhkəməlikdir. Haqlarında xeyirlisi, yolları açıq olsun” cavabını vermişdi. 

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla