AZ

Volodimir Zelenskini öldürmək istəyən rus agenti Polşada yaxalandı

Aprelin 18-də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları Polşa hüquq-mühafizə orqanları ilə birlikdə Rusiya hərbi kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia edilən polyakı saxlayıblar.

Editor.az SBU-nun məlumatına istinadən bildirir ki, saxlanılan şəxs Rusiya xüsusi xidmət orqanları tərəfindən işə götürülüb və onlara Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdində kömək təklif edib. “İstintaqın fikrincə, müttəhimin planı Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq və təcavüzkar ölkəyə ötürmək olub.

Bu kifayət deyil, o, həmçinin Rusiya xüsusi xidmət orqanlarına Ukrayna prezidenti Volodimir Zelenskiyə Polşada olarkən mümkün sui-qəsd cəhdinin planlaşdırılmasında kömək etməyi təklif edib”, – deyə SBU Telegram kanalında qeyd olunub. SBU saxlanılan şəxsi “Rusiya agenti” adlandırıb.

SBU onun Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlığına dair sübutları Polşaya təqdim edib. Saxlanıldıqdan sonra həmin şəxs həbs edilib. Ukrayna departamenti əməkdaşlığa görə Polşa hüquq-mühafizə orqanlarına təşəkkür bildirirb.

//Samir Qurbanov, Editor.az

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla