AZ

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib

Bakı. Trend:

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan millikomandasının üzvü Nazənin Teymurova Dohada keçirilən DünyaKubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasındabildiriblər.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə kişilərdənibarət Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarlahərəkətlərdə, Nazənin Teymurova isə dayaqlı tullanmada DünyaKubokunun finalına yüksəlib.

Qeyd edək ki, aprelin 17-dən 20-dək Qətərin paytaxtı Dohada kişivə qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışlarıkeçirilir.

Seçilən
120
4
Mənbələr
Şərh ()
Bağla