AZ

Martin Herem: “Rusiya Estoniyaya hücüm edərsə, ölkəmiz onu dəf edəcək”

Rusiyanın Estoniyaya potensial hücumu olarsa, ölkə bu hücumu dəf edə biləcək.

APA “ERR” telekanalına istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem bildirib.

“Hazırda sərhədimiz yaxınlığında hərbi təhlükə görmürəm. Müharibə başlamazdan əvvəl ölkədə hazırlıqların başladığı dövr olur, lakin bu, ictimaiyyətə xüsusi təsir göstərmir. Təhlükə artdıqca ölkənin müdafiə qabiliyyəti artır - bu səfərbərlik deməkdir. Təhlükənin artacağı təqdirdə Estoniyanın hazırlaşmaq üçün kifayət qədər vaxtı var”, - ölkə komandanı qeyd edib.

Onun sözlərinə görə, Estoniya 43 min əsgəri səfərbər etsə, bu, gündə təxminən iki milyon avroya başa gələcək.

“İnsanların artıq iqtisadiyyata töhfə verməməsi ilə müqayisədə bu o qədər də çox pul deyil. Finlər deyirlər ki, 250 min nəfəri səfərbər etsələr, ölkə bir aya müflis ola bilər”, - Herem əlavə edib.

Herem vurğulayıb ki, Estoniyanın NATO-nun gəlməsini gözləməyə ehtiyacı yoxdur, çünki NATO artıq buradadır.

“Hazırda sistem elədir ki, NATO buradadır və heç yerə getmir, təhlükə əlamətləri olanda daha da böyüyür. NATO-nun Estoniyanın müdafiəsi üçün xüsusi döyüş planları var. Bu gün Estoniyaya gələn, təlimlər keçən və çox tez reaksiya verməyə hazır olan konkret adamlarımız var”, - Estoniya Müdafiə Qüvvələrinin komandanı əlavə edib.

Seçilən
66
2
Mənbələr
Şərh ()
Bağla