AZ

“Mançester Yunayted”in treblindən bəhs edən filmin treyleri - Video

1998/1999-cu il mövsümündə “Mançester Yunayted”in treblindən bəhs edən “99” adlı sənədli filminin treyleri yayımlanıb.

Arena.az xatırladır ki, həmin mövsümdə “qırmızı şeytanlar” İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və Çempionlar Liqasının qalibi olublar.

Filmin nümayişi 2024-cü il may ayının 17-də nəzərdə tutulub. Sənədli filmdə bu inanılmaz hekayənin bir hissəsi olan Devid Bekhem, Qari Nevill, Pol Skoulz, Peter Şmeyhel, Ule-Qunnar Sulşer kimi oyunçularla, həmçinin əfsanəvi komandanın baş məşqçisi, şotland mütəxəssis Ser Aleks Ferqyusonla, eləcə də jurnalistlərlə müsahibələr yer alıb.

Həmin mövsüm “Mançester Yunayted” bütün yarışlarda ardıcıl 33 oyunluq məğlubiyyətsizlik silsiləsinin rekordudu müəyyənləşdirib. Çempionlar Liqasının finalında “Mançester Yunayted” Almaniya nəhəngi “Bayern”i dramatik oyunda 2:1 hesabı ilə məğlub edib.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla