AZ

Ərdoğan Qərb ölkələrini İsrailin hərəkətlərinə İrana qarşı reaksiya verdiyi kimi cavab verməyə çağırıb

“Biz gördük ki, Qərb ölkələri İranın cavab tədbirinə yekdilliklə cavab verə bilər. İndi həmin nümayəndələr yekdilliklə İsrailə “dur” deməlidirlər. İsrailə gündəmi təhrif etməyə və Qəzza zolağındakı vəhşiliklərini ört-basdır etməyə icazə verilə bilməz”.

Bizim.media xəbər verir ki, bu barədə  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti əlavə edib ki, 195 gün ərzində Qəzzada əsrin ən böyük faciələrindən biri baş verib: 

“Qəzzada dərhal və daimi atəşkəs əldə olunmalı, bundan sonra iki dövlətli həllin həyata keçirilməsi üçün addımlar atılmalıdır”.

Bizim.Media
 

 
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla