UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb.
BiG.AZ xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsrailin burada törətdiyi dağıntılarla bağlı paylaşım edib.
Qəzzada hər yerdə dağıntı gördüyünü vurğulayan Elder Fələstin xalqının illərdir böyük zəhmətlə tikdiyi evlərin dağıdıldığına diqqət çəkib.