AZ

Türkiyədə "Netflix" qalmaqalı

Türkiyədə "Netflix" son günlər tənqidlərlə gündəmdədir.

Day.Az axşam.az-a istinadən bildirir ki, yeni serialların anonsunun yayımlanması bir çox etirazlara səbəb olub.

Rejissor Əli Aydın "Sektorda olan kiçik prodüserlər, rejissorlar, yazıçılar və aktyorlar heç vaxt "Netflix"in qapısından girə bilməz" açıqlamasını verib. O bildirib ki, etirazını mədəniyyət nazirliyinə də bildirəcək.

Onun çıxışı rezonans doğurub. Sosial mediada xüsusən də son seriallarda eyni simalar və bənzər əhvalatlarla bağlı reaksiyalar artıb. Bildirilib ki, izləyicilər artıq fərqli aktyorlar görmək istəyir.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla