AZ

ÇL: Tuheldən ilk

“Bavariya”nın baş məşqçisi Tomas Tuhel adını Çempionlar Liqasının tarixinə yazdırıb.

İdman.biz xəbər verir ki, o, 3 fərqli komanda ilə turnirin yarımfinalına yüksələn ilk alman məşqçi olub.

Almaniyalı mütəxəssis 2019/2020 mövsümündə PSJ, 2021/2022-də isə “Çelsi” ilə bu uğura imza atıb. O, London klubuna ÇL kubokunu qazandırıb.

Qeyd edək ki, “Bavariya” ¼ finalda 2 oyunun nəticəsinə görə “Arsenal”ı mübarizədən kənarlaşdırıb – 2:2, 1:0.

İdman.biz

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla