AZ

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq.

Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Qeyd edək ki, komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

Seçilən
109
37
Mənbələr
Şərh ()
Bağla