AZ

"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı

"Yuliya Navalnaya müstəsna fədakarlıq və güc nümayiş etdirərək bütün dünyada insanların rifahı naminə beynəlxalq aləmdə lider rolunu öz üzərinə götürüb..."
 
"Mutaz Əzaiz öz doğma Qəzzasında dünyanın gözləri və qulaqları kimi fəaliyyət göstərib..."
 
Ən nüfuzlu adamlar arasında Qəzzadan olan fotoqraf, Yuliya Navalnaya, İsrail girovunun anası və Andrey Yermak da var
 
Amerikanın "Time" jurnalı dünyanın ən nüfuzlu 100 adamının illik siyahısını dərc edib. Bu siyahı ənənəvi olaraq altı kateqoriyaya- "Artistlər", "İkonalar", "Nəhənglər", "Liderlər", "Novatorlar" və "Pionerlər" kateqoriyalarına bölünüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.
 
"Lider"lər arasında jurnal Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının həyat yoldaşı Yiliya Navalnayanı qeyd edib. Navalnaya haqqında jurnal üçün mətni ABŞ vitse-prezidenti Kəmalə Harris yazıb.
 
O, Navalnayanın nümayiş etdirdiyi "müstəsna fədakarlığı və gücü" qeyd edib və bəyan edib ki, Yuliya "bütün dünyada insanların rifahı naminə" "beynəlxalq aləmdə lider rolunu" öz üzərinə götürüb.
 
Jurnalın 2024-cü ilin ən nüfuzlu "Lider"ləri siyahısına həmçinin 2023-cü ildə Nobel sülh mükafatı almış İranın hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, İtaliya baş naziri Corca Meloni, Polşa baş naziri Donald Tusk, ÇXR Dövlət Şurasının baş naziri Li Tsyan, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Yulyams Berns, Argentina prezidenti Havyer Miley və Qətər baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani daxil edilib.
 
Sonuncu İsrail ilə HƏMAS arasında "100-dən artıq israilli girovun azad edilməsi və Qəzza bölgəsində müvəqqəti atəşkəsə gətirib çıxaran" danışıqlarda göstərdiyi səylərə görə qeyd edilib.
 
Jurnal bu kateqoriyaya İsrail və ABŞ vətəndaşı, oktyabrın 7-də Reim festivalından oğurlanan 23 yaşlı Herş Qoldberq-Polinin anası Reyçel Qoldberq-Polini aid edib.
 
O, indiyədək HƏMAS-ın girovluğundadır. Jurnal qeyd edir ki, ötən yarım ildə Reyçel girovların və onların ailələrinin ən yaddaqalan müdafiəçilərinin birinə çevrilib.
 
"O, onlarla dünya liderləri, o cümlədən prezident Baydenlə görüşüb, o, BMT-yə müraciət edib və hətta Roma Papasının qəbulunda olub", - izahedici qeyddə deyilir.
 
"İkonalar" kateqoriyasına BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyində işləyən Qəzza bölgəsindən olan  fotojurnalist Mutaz Hilal Əzaiz daxil edilib.
 
"108 gün Mutaz Əzaiz öz doğma Qəzzasında dünyanın gözləri və qulaqları kimi fəaliyyət göstərib. Fotoaparat və üzərində "Pressa" yazılan zirehli gödəkcə ilə silahlanan 25 yaşlı fələstinli fotoqraf təxminən dörd ay İsrailin bombardmanları altında keçirib", - jurnalın icmalçısı Yasmin Sərxan yazıb.
 
Yanvar ayında fotoqraf Dohaya "təxliyə edib",  bundan sonra diqqətini "böhran haqqında məlumatlılığın artırılmasına" və İsrail ilə HƏMAS arasında münaqişəyə "beynəlxalq müdaxiləyə çağırışlara" yönəldib.
 
Dünyanın ən nüfuzlu 100 adamı siyahısına həmçinin Konqonun hüquq müdafiəçisi Jülyen Lyusenj, Yaponiya rejissoru-animatoru Hayao Miyadzaki, müğənnilər Dua Lipa və Kayli Minouq, aktyor Maykl Cey Foks, rejissor Sofiya Koppola, yürüşçü Maks Ferstappen daxil edilib.
 
"Time-100" Reytinqi-bəlli olanlar
 
İlk dəfə "Time" jurnalının versiyasına görə dünyanın 100 ən nüfuzlu adamının siyahısı 1999-cu ildə dərc edilib.
 
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlananda Ukrayna prezidenti Vladimir Zelenski dünyanın ən nüfuzlu adamı olub.
 
Onun namizədliyinin lehinə 3, 3 milyon səs  verilib ki, bu da səsverənlərin ümumi sayının 5 faizini təşkil edib. 
 
2023-cü ildə bu siyahıya Ukraynanın birinci xanımı Yelena Zelenskaya daxil edilib.
Seçilən
91
Mənbələr
Şərh ()
Bağla