AZ

Pakistanlı etiraf etdi: "Qalib gəlmək və liqada onları keçmək istəyirdik, lakin..."

"Sumqayıt"ın mərkəz müdafiəçisi İsa Sülimani Premyer Liqanın 30-cu turunda avrokuboklar üçün mübarizədə əsas rəqiblərindən biri olan "Zirə" ilə doğma meydanda qolsuz bərabərliklə bitən qarşılaşma haqda Sportinfo.az-a müsahibə verib.

- İlk 15 dəqiqədə olan çaşqınlıq nə ilə bağlıydı?

- Məncə, hansısa qarışıqlıq yox idi. Sadəcə rəqib oyuna bizdən bir qədər tez qoşula bildi və oyuna daxil olmaq üçün bizə bir az vaxt lazım oldu. Gələcək oyunlarda biz bunu yaxşılaşdıracağıq.

- İkinci yarı meydanda tam fərqli "Sumqayıt" vardı. Fasilədə Samir Abasov mühərriki necə hərəkətə gətirə bilmişdi?

- Bəli, ikinci hissə özümüzü daha rahat hiss etdik. Qol vurmağa çalışdıq, amma təəssüf ki, qol vura bilmədik.

- Əsas rəqiblə xal fərqinin dəyişməməsinə sevindiniz, yoxsa itirilən 2 xala üzüldünüz?

- Təbii ki, biz qalib gəlmək və liqada onları keçmək istəyirdik. Lakin bu nəticədə də bəzi müsbət məqamlar var idi. Daha bir qol buraxmadığımız oyundur, buna görə sevinirəm.

- Finala bərabər son 6 oyun qalır. 30 turdakı əməyinizin bəhrəsini görmək üçün komandaya bu görüşlərdə nələr lazımdır?

- Düşünürəm ki, bütün oyunlara çox diqqət yetirməliyik və bizi xoşbəxt edəcək mövqedə bitirmək istəyimizi göstərməliyik. Şanslarımızdan istifadə etməkdə də çox diqqətli olmalıyıq, Çünki təzyiqin çox olduğu bu cür oyunlarda qol vurmaq imkanları çox olmur.

XANOĞLAN İMANOV

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla