AZ

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.

Sabiq nazir 2 il 7 aydır ki, həbsdədir.

Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunur.

Seçilən
50
10
Mənbələr
Şərh ()
Bağla