AZ

Orxan konsertinə belə hazırlaşır

Reper Orxan Zeynallı “Buz uşağı” konsertinin məşqlərindən görüntüləri sosial media hesabında izləyiciləriylə bölüşüb.

OLAY yazır ki, sənətçi paylaşımında bu sözləri yazıb:

“Konsert hazırlıqlarımız davam edir. Orkestrla “İllər Sonra” mahnısının məşqindən kiçik bir video təqdim edirik. Konsertə göstərdiyiniz maraq üçün təşəkkür edirəm. Unudulmaz gecəni yaşamağımıza çox az qaldı!”.

Qeyd edək ki, Orxanın konserti 4 mayda Bakı İdman Sarayında baş tutacaq. O, gecədə Bakı Opera Orkestrinin müşayiəti ilə səhnəyə çıxacaq. 

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla