AZ

Rodri: "Çempionlar Liqasının yarımfinalına çıxmağa layiq idik"

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri İngiltərə klubunun Çempionlar Liqasında mübarizəni dayandırmasına layiq olmadığını deyib.

Futbolpress.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:

"Biz bilirdik ki, "Real" üçün penaltilərə getmək daha yaxşıdır. Lakin mərhələ keçməyə daha çox biz layiq idik".

"Real" penaltilər seriyasında "Mançester Siti"yə 4:3 qalib (əsas vaxt: 1:1) gələrək yarımfinala yüksəlib. "Kral klubu"nun bu mərhələdəki rəqibi "Bavariya" olacaq.
Seçilən
88
Mənbələr
Şərh ()
Bağla