AZ

İngiltərə kubokunun formatı dəyişir

style='margin-bottom:10px;'>

Yeni mövsümdən İngiltərə kubokunun formatında dəyişiklik olacaq.

QOL.az BBC-yə istinadən xəbər verir ki, oyunlarda heç-heç qeydə alınarsa, təkrar matç keçirilməyəcək.

Dəyişiklik birinci turdan başlayaraq turnirin bütün mərhələlərini əhatə edəcək. Hazırda İngiltərə kubokunda 1-4-cü turlarda oyun heç-heçə bitəndə təkrar qarşılaşma keçirilir.

Bu dəyişiklik UEFA-nın bayrağı altında keçirilən turnirlərdə oyunların sayının artması ilə əlaqədardır.

Qeyd edək ki, bu mövsüm İngiltərə kubokunun yarımfinalında “Mançester Siti” aprelin 20-də “Çelsi” ilə, “Mançester Yunayted” isə aprelin 21-də “Koventri Siti” ilə qarşılaşacaq.

Seçilən
56
3
Mənbələr
Şərh ()
Bağla