AZ

Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində partiyaların proporsional siyahılarında olan qadınlar üçün kvotaların ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub. Layihə qanunverici orqana geri qaytarılıb. Bu isə başda paytaxt Tiflis olmaqla, Gürcüstanın bir çox şəhərlərində kəskin etiraz və nümayişlərlə qarşılanıb. Aksiya iştirakçıları parlamentin önündən hökumət evinə doğru yürüş ediblər. Bəzi mənbələr Gürcüstandakı aksiyaların daha da geniş vüsət alıb, hakimiyyət dəyişikliyinə səbəb ola biləcəyini istisna etmir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Elçin Mirzəbəyli bilidirib ki, qərb ənənəvi olaraq, yenə də cənubi Qafqazla bağlı siyasətini məhz Gürcüstan üzərindən qurmaqdadır:

“Baş verə biləcək nəticələri öncədən proqnozlaşdırmaq çətindir, ancaq hazırda davam edən proseslərin təhlükəli hal aldığını düşünmürəm. Bu prosesin içərisində Gürcüstanın indiki prezidenti və faktiki olaraq, cənubi Qafqazda Fransanın vassalı rolunu yerinə yetirən Salome Zurabaşvilinin dırnaqarası xidmətləri var. Vaxtilə SSRİ-nin süqutundan sonra, daha doğrusu 2000-ci ilin əvvəllərindən başlayaraq Gürcüstan post-sovet məkanında rəngli inqilabların stimullaşdırılması üçün növbəti pfatformaya çevrilmişdi. Əvvəllər bu prosesi şərqi Avropada Polşa öz üzərində götürmüşdü, daha sonra isə Ukrayna həmin vəzifəni tutdu. Qafqazda isə eyni funksiyanı Gürcüstan həyata keçirir. 

Politoloq aksiyaların Gürcüstan üçün ciddi fəsadlar yaratmayacağını vurğulayıb:

“Məlum olduğu kimi, Tiflisdə fəaliyyət göstərən kifayət qədər partiya və təşkilatlar qərbdən ötürülən qrantların hesabına mövcudluqlarını qoruyub saxlayırdılar. Eyni zamanda cənubi Qafqazın digər 2 ölkəsinə, o cümlədən Azərbaycana da məhz Gürcüstan üzərindən qeyri-qanuni qrantlar daxil olurdu. Əslində real mənzərə bundan ibarətdir və Gürcüstandakı ixtişaşların təməlində bu səbəb dayanır. Gürcüstanın qəbul etmək istədiyi qanun layihəsi isə dünyanın bir çox ölkələrində mövcuddur. Məsələn, Fransada nəinki qeyri-hökumət təşkilatları, heç partiyaların maliyyələşdirilməsinə qanunla icazə verilmir. Avropanın cənubi Qafqazda gedən proseslərə müdaxiləsi ənənəvi olaraq “yumşaq güc” tətbiq edilməklə Gürcüstan üzərindən həyata keçirilir. Amma bu aksiyalar heç də Gürcüstan əhalisinin mütləq əksəriyyətinin eyni fikirdə, eyni düşüncədə olduğunun göstəricisi deyil. Proseslərin bu cür gedişatı prinsip etibarı ilə ciddi fəsadlara yol açmayacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla