AZ

Süni intellekt gözəllik yarışması keçirəcək

Bir çox sahədə fərqli formalarda qarşılaşdığımız süni intellekt bu dəfə podiumları ələ keçirəcək. 

Demokrat.az
xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ilk dəfə olaraq “Süni intellekt gözəllik yarışması” keçirilir. 

Belə ki, süni intellektlə hazırlanmış modellər "Miss Aİ” titulunu almaq üçün yarışacaqlar.

Müsabiqədə birinci olan süni intellekt modelinin yaradıcısı 5000 ABŞ dolları məbləğində pul mükafatı, 3000 dollar dəyərində təlim proqramına girişin sahibi olacaq. 

İkinci yeri tutan iştirakçı 500 dollar dəyərində təlimə giriş əldə edəcək.

Üçüncü yerin qalibi 500 dollar dəyərində pulsuz məsləhət, “Fanvue” platformasında 500 dollarlıq promo-paket qazanacaq.

Aysu
Demokrat.az
Seçilən
51
8
Mənbələr
Şərh ()
Bağla