AZ

Türkiyədə yenə güclü zəlzələ olub...

Türiyənin Tokat şəhərinin Sulusaray ilçəsində 5,6 bal gücündə zəlzələ baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

5,99 kilometr dərinlikdə meydana gələn təkanlar ətraf əyalətlərdə də hiss olunub.

***
İlk təkanlardan sonra 3,5 bal gücündə növbəti zəlzələnin baş verdiyi bildirilib.

Sulusaray bələdiyyə başqası Davud Kılıç Buğdaylı kəndində bəzi evlərin və 2 məscid minarəsinin uçduğunu bildirib.

Seçilən
146
1
Mənbələr
Şərh ()
Bağla