AZ

6,4 bal gücündə zəlzələ baş verdi

Yaponiyada dünən gecə baş verən 6,4 bal gücündə zəlzələdə ən azı 11 nəfərin yaralandığı açıqlanıb.

News24.az xəbər verir ki, zəlzələdən zərər çəkmiş bəzi bölgələrdə su borularının partlaması səbəbindən müvəqqəti su kəsilməsinin olduğu açıqlanıb. Həmçinin bir çox tikililərə və magistral yollara maddi ziyan dəyib.

Xatırladaq ki, Yaponiyanın Kyuşu və Şikoku adalarını ayıran Bunqo boğazı yaxınlığında dünən yerli vaxtla saat 23.14-də 6,4 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin 39 kilometr dərinlikdə qeydə alındığını və zəlzələdən sonra sunami riskinin olmadığını açıqlayıb.

Qısamüddətli panikaya səbəb olan zəlzələ Ehime, Koçi və Oita prefekturalarında güclü hiss olunub.

Günel Məlikzadə

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla