AZ

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev ölkənin enerji infrastrukturunu bərpa etmək üçün müsadirə edilmiş Rusiya aktivlərinə ehtiyac duyur. 

Valyuta.az xəbər verir ki, o, fikirlərini "Telegram" kanalında paylaşıb.

"Biz Ukraynanı gücləndirmək və bərpa etmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməkdə israr edirik", deyə baş nazir vurğulayıb və vəsaitlərin Ukraynanın təcili ehtiyaclarına, məsələn, enerji infrastrukturunun bərpasına yönəldiləcəyini bildirib.

Onun sözlərinə görə, Ukrayna davamlı hərbi iqtisadiyyat qurmaq üçün investisiya üçün konkret addımlara və prioritet sektorlara diqqət yetirməyə çalışır.

Bundan əvvəl Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard deyib ki, ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə etmək planları beynəlxalq hüququ poza bilər. 

Laqarda görə, aktivlərin dondurulmasından müsadirə və sonrakı sərəncama keçidlə bağlı çox diqqətli olmaq lazımdır, çünki bu ssenaridə ehtiyatsız hərəkətlər "qorumaq istədiyiniz beynəlxalq nizamın pozulmasına səbəb ola bilər".

Laqard aydınlaşdırıb ki, aktivlərin müsadirəsi prosedurunun özü beynəlxalq hüquq və nizam, maliyyə sabitliyi və məsuliyyətlə bağlı bir sıra məsələləri gündəmə gətirir.

G7 ölkələri Rusiyanın xaricdəki pul aktivlərinin dondurulduğunu bir daha təsdiqlədilər və onlardan istifadə imkanlarını araşdırmağa davam edəcəklərini bəyan ediblər.

Paşa Məmmədli

Seçilən
82
29
Mənbələr
Şərh ()
Bağla