AZ

Yəməndən  çıxan  gəmi təcili olaraq İrana qayıdıb

Aprelin 4-də Yəmən sahillərində suları tərk edən İrana məxsus “Beşad” gəmisinin bu gün Bəndər Abbas limanına yanaşması planlaşdırılır.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə Bloomberg məlumat yayıb.

 

Nəşr xatırladır ki, bu xüsusi gəmi husilər üçün kəşfiyyat və əməliyyat bazası hesab edilir, Qırmızı dənizdə mülki və hərbi gəmilərə hücuma kömək edir.

 

Nəşrin mənbələri belə bir versiya irəli sürüblər ki, gəmi İranın Dəməşqdəki konsulluğuna hücumdan üç gün sonra Yəmən yaxınlığındakı lövbərini tərk edib.

 

Bildirilir   ki, “Beşad” açıq dənizə girdikdən sonra transponderləri söndürüb və son vaxtlara qədər yeri məlum deyildi. Bu gün gəmi Hörmüz boğazı yaxınlığında aşkar edilib.

 

Bloomberg-in məlumatına görə, bu gəminin başqa bir xüsusiyyəti onun İsrailin hücumu üçün prioritet hədəflərdən biri olmasıdır.

 

“O, düşərgəsini tərk etdikdən sonra Qırmızı dənizdə və Ədən körfəzində husilərin hücumlarının sayı xeyli azalıb”, - nəşr yazır.

 

Nigar

 

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla