AZ

Yer kürəsini gözləyən təhlükə: Azərbaycana necə təsir edəcək?

Yer kürəsində yenidən güclü maqnit qasırğası müşahidə olunacaq.

Son 24 saat ərzində 9 günəş partlayışı qeydə alınıb. Qasırğanın gücünün 3 baldan 4 bala qədər olacağı bildirilir. Axşama doğru onun gücünün 2 bala qədər azalacağı gözlənilir.

Sözügedən proseslər son vaxtlarda tez-tez təkrarlanmağa başlayıb. Bəs Günəşdəki partlayışlar planetimizə necə təsir edir? Dünya əhalisini və Yer kürəsini hansı dəyişikliklər gözləyir? Bu barədə narahatlığa əsas varmı?

Günəşdəki partlayışların planetimizə mümkün təsirlərini şərh edən meteoroloq Cavid Hüseynov danışıb:

“Günəşin səthində güclü partlayışlar və püskürmələr günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına (CME) səbəb olur. Həddindən artıq günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir. Beləliklə, Günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Yer atmosferinə böyük təsir göstərə bilən günəş ləkələrinin yüksək artımı zamanı ultrabənövşəyi şüalanma (UV) kəskin şəkildə artır. Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları elektrik, rabitə və naviqasiya sistemlərinin pozulmasına, peyk aparatlarının zədələnməsinə, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanların, yaşlıların və xroniki xəstələrin həssaslığının artmasına (insanlarda baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq və s. hallar) səbəb ola bilir”.

Meteoroloq bildirib ki, Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil:

“Yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür. Proqnozlara görə 2024-cü ilin maksimum günəş aktivliyi ili olacağı təxmin edilir. Yer kürəsində maksimum günəş aktivliyi və maqnit qasırğalarının may-iyun aylarında olacağı və aktivliyin ilin sonuna qədər azala biləcəyi proqnozlaşdırılır”.


Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20731
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19251
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18226
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17609
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16602
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16437
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16060
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15399
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11889
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11247
"Zaur, yenə çaşdın..." - VİDEO
8831
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8649
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8001
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7975
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7428
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7096
Minimum əmək haqqı nə qədər arta bilər?
7052
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6255
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731