AZ

Balinalarla danışmaq mümkün ola bilər

ABŞ-dakı Yerdənkənar Kəşfiyyat İnstitutunun (SETI) alimləri   Alyaskada bir balina ilə danışdıqlarını və bunun yadplanetlilərlə ünsiyyət nümunəsi ola biləcəyini iddia edib.

Vayuta.az xəbər verir ki, balinalar su altında minlərlə kilometr məsafə qət etməyə və bir-biri ilə danışmağa imkan verən mürəkkəb səslər çıxarır, lakin onların dəqiq mənasını müəyyənləşdirmək hələ də çətindir. Daha əvvəl alimlər müxtəlif balina növlərinin su altında daim inkişaf edən, ritmik, uzun mahnılarla məşğul olduqlarını açıqlamışdılar.  

Tədqiqatın müəlliflərindən biri Fred Şarp onların həyatı haqqında danışarkən, "Qorqar balinalar mürəkkəb sosial sistemləri olan, balıq tutmaq üçün köpük torları kimi alətlər yaradan və həm mahnılarla, həm də sosial səslərlə geniş şəkildə əlaqə saxlayan yüksək intellektli canlılardır” - sözlərini söyləyib. 

Digər tədqiqatçı Liza Valker, “New York Post”a açıqlamasında “Onların dili mürəkkəbdir, qışqırırlar, döyürlər, inildəyirlər və ciyildəyirlər. Balinaların əsləri valehedicidir. Biz bu səslərin mənasını anlamağa çalışırıq" - ifadələrinə yer verib. 

Son araşdırma zamanı elm adamları Alyaska sahillərində suyun altında balinalara aid səs yazıları səsləndiriblər. Onların əksəriyyəti qeydə alınan zənglərə məhəl qoymasa da, Tven adı verilən bir dişi balina səsləri təqlid edərək təxminən 20 dəqiqə dövrə vurub. Tədqiqatçılar qeydə alınan zəngin mənasına əmin olmasalar da bunun bir-birləri ilə danışmaq üçün istifadə etdikləri rabitə vasitəsi olduğunu bildiriblər. 

Elm adamları hazırda bu siqnalların yadplanetlilərlə ünsiyyət vasitəsi ola biləcəyini də güman edirlər. Tədqiqatçılar deyirlər ki, bu “rabitə vasitəsi” balinaların davranışı ilə mütləq şəkildə dəstəklənir. Onlar balinalardakı kimi ağıllı rabitə sistemlərin tədqiqinin yerdən kənar siqnalları aşkarlamaq üçün istifadə oluna bilən filtrlər hazırlamağa kömək edəcəyinə ümid bəsləyirlər. 

Ən son araşdırmalar onu da göstərir ki, effektiv şəkildə hazırlanmış və lentə yazılmış zənglər balinalar, həmçinin interaktiv qeyri-insani növlərlə eksperimental söhbətlər aparmaq üçün istifadə edilə bilər.

Elmir

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla