AZ

Tarixçi: "Nüvə gücünə çevrilmədən İranı məğlub etmək lazımdır"

Həftəsonu İran ümumilikdə 300-ə yaxın raket və pilotsuz təyyarə ilə İsrailə hücum edib. Buna baxmayaraq, İsrailin hava hücumundan müdafiə sistemi və ABŞ və İordaniyanın hərbi yardımı sayəsində hücum real nəticə verməyib.

Bir gün əvvəl baş nazir Benyamin Netanyahu İsrailin İranın hücumuna hərbi cavab verəcəyini bildirmişdi.

HİT.az xəbər verir ki, tarixçi və hərbi ekspert Maykl Volfson bu halda hərbi eskalasiyanın İsrail üçün effektiv cavab olacağına şübhə edir.

"Fakt budur ki, Qəzza zolağının kənarındakı əhali hələ də 100% qorunmur. Və artilleriya məsafəsində olan İsrailin şimalındakı əhali, şübhəsiz ki, Livandan Hizbullahın təcavüzkar hərəkətlərindən qorunmur. İsrail İrana hücum etməzdən əvvəl ilk növbədə öz vətəndaşlarının müdafiəsinə zəmanət verməlidir", deəy Volfson "Bild"ə bildirib.

Digər bir tarixçinin İrana zərbə vurmağın əleyhinə olan arqumenti ondan ibarətdir ki, İsrail dünya siyasi səhnəsində bu yaxınlarda rəğbət qazanıb.

"Hesab edirəm ki, indi müttəfiqlərin ictimai rəyinə zidd hərəkət edərək bu siyasi və psixoloji cəhətdən əlverişli vəziyyəti daha da pisləşdirmək səhv olardı. Əvvəlcə Rəfah, sonra Hizbullah, sonra İran. İran nüvə gücünə çevrilməzdən əvvəl onu məğlub etmək lazımdır", deyə Volfson qeyd edib.

Onun sözlərinə görə, Qərb siyasətçiləri getdikcə ballistik raketlər və pilotsuz təyyarələrlə silahlanan İranla necə qarşı-qarşıya gəlmək barədə strateji anlayışa malik deyillər.

Samir

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla