AZ

İsveç Qırmızı dənizdəki Aİ missiyasına 25 tibb işçisi cəlb edəcək

Bakı. Trend:

İsveç hökuməti yaxın zamanda Qırmızı dənizə 25 nəfərdən ibarəttibbi heyət göndərməyə qərar verib.

Trend xəbərverir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson yerlitelekanala müsahibəsində deyib.

Məlumata görə, sözügedən tibbi heyət Niderlanda məxsus gəmidəolacaq və Avropa İttifaqının (Aİ) hərbi dəniz qüvvələrinin"Aspides" missiyasında iştirak edəcək.

Əsasən cərrah və anestezioloqlardan ibarət olacaq tibb heyətininən azı avqust ayınadək Aİ missiyasında iştirak edəcəyi qeydolunub.

Qeyd edək ki, Aİ-nin Qırmızı dənizdə gəmilərin mühafizəsi üzrə"Aspides" missiyası fevralın 19-da başlayıb. Missiya hazırda dördfreqatdan ibarətdir. ABŞ və Böyük Britaniyanın Süveyş kanalındaticarət gəmilərinin mühafizəsi üçün özlərinin ayrı koalisiyasıvar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla